
Huawei nova 11 SE smartfonu üzərində çalışır
Huawei aprel ayında nova 11 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya nova 11, nova 11 Pro və nova 11 Ultra modelləri daxildirlər. İndi isə şirkət daha bir nova 11 modeli üzərində çalışır. Söhbət, nova 11 SE-dən gedir. Məlum olub ki, bu yeni smartfon Çinin TENAA adlı serfitikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun render fotosu və bəzi texniki göstəriciləri ortaya çıxıb.
TENAA-dakı məlumatlara əsasən nova 11 SE smartfonu 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə Full HD+ keyfiyyətli 6.67 düym OLED ekranı birləşdirəcək və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Nova 11 SE-nin hansı prosessor vasitəsilə çalışacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər