
Huawei nova 11 smartfon seriyasının təqdimat tarixini açıqlayıb
Huawei şirkəti nova 11 smartfon seriyasının təqdimat tarixini rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş foto həmçinin smartfonun arxa panel dizaynını da əks etdirir. Beləliklə Huawei nova 11 smartfon seriyası 17 aprel tarixində Çində təqdim ediləcək. Təqdim edilmiş fotodan da görmək olar ki, smartfonun arxa panelində 3 ədəd kamera obyektivindən ibarət kamera sahəsi yerləşəcək. Əsas kamera obyektivi kamera sahəsinin mərkəzində, digər iki ədəd köməkçi kameradan biri mərkəz kameranın yuxarısında, digəri isə aşağısında yerləşəcək. Kamera sahəsinin sağ hissəsində isə LED işıqlandırma olacaq. Gözləntilərə əsasən sözügedən smartfon seriyasına nova 11-dən əlavə olaraq nova 11 Pro modeli də daxil olacaq.
Paylaş
Bənzər xəbərlər