Logo
    main-post-cover

    Huawei nova 11 smartfonlarının əsas kameraları barəsində məlumat verilib

    Cihazlar+
    04.04.2023
    Emil
        Huawei şirkəti özünün nova 11 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Sözügedən smartfon seriyasına nova 11 modeli ilə yanaşı həmçinin nova 11 Pro modeli də daxil olacaq. İndi isə insayderlər sözügedən smartfonların əsas arxa kameraları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən nova 11 modeli 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan nova 10 smartfonu da özündə 50 MP-lik əsas arxa kameranı birləşdirir.
        Nova 11 Pro-ya gəldikdə isə o, 108 MP-lik əsas arxa kameraya sahib olacaq. Hal hazırda aktual olan nova 10 Pro smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunur. Daha öncəki məlumat sızıntılarına əsasən nova 11 smartfonları Snapdragon 8 Gen 1 prosessorunun 4G versiyası vasitəsilə çalışacaqlar və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. Nova 11 smartfon seriyasının təqdimatı bu ayın ortasında baş tutmalıdır.
    Paylaş
    Bənzər xəbərlər