
Huawei nova 11 smartfonunun render fotosu ortaya çıxıb
Çinin Weibo adlı sosial şəbəkəsində Huawei nova 11 smartfonunun render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon iki tərəfdən də əks olunub. Render fotodan belə qənaətə gəlmək olar ki, smartfon simmetrik ekran çərçivələrini əldə edəcək. Bundan əlavə olaraq nova 11 modeli arxa kamera sahəsinin dizaynı baxımından nova 10-dan bir qədər fərqlənəcək. Belə ki, nova 11 özündə oval formalı arxa kamera sahəsini qoruyub saxlasa da, onun ətrafındakı dekorativ elementdən məhrum olacaq. Gözləntilərə əsasən nova 11 seriyasına daxil olacaq smartfonlar peyk şəbəkəsinə sahib olacaqlar. Sözügedən smartfon seriyasının nə zaman təqdim olunacağı dəqiq bilinmir. Lakin bəzi məlumat sızıntılarına əsasən təqdimat bu ayın sonuna kimi baş tutacaq.
Paylaş
Bənzər xəbərlər