
Huawei nova 12-nin fotosu təqdim edilib
Cihazlar+
22.11.2023
Emil
Çinli insayderlərdən biri Huawei şirkətinin hələ təqdim olunmamış nova 12 smartfonunun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, arxa kameralar ilə LED işıqlandırma bir sahə daxilində yerləşəcəklər. Smartfon üçlü arxa kameraya sahib olacaq, LED işıqlandırma isə üçüncü kamera obyektivini əhatə edəcək. Huawei nova 12 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
