main-post-cover

    Huawei nova 12 Pro-nun render fotosu ortaya çıxıb

    Cihazlar+
    03.11.2023
    Emil Nəcəfov
         Huawei şirkəti hal hazırda nova 12 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də nova 12 Pro olacaq. İndi isə internetdə nova 12 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb. Fotoya əsasən smartfon kənarları əyilmiş ekrana sahib olacaq və ekranın yuxarı mərkəz hissəsində iki ədəd kiçik dairəvi çıxıntı yerləşəcək. Bəzi məlumatlara əsasən həmin çıxıntılardan birində 60 MP-lik ön kamera yerləşəcək.
         Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi mövcud olacaq. Məlumata əsasən onlardan biri 50 MP-lik, ikincisi isə 12 MP-lik olacaq. Üçüncü kameranın göstəricisi məlum deyil. İnsayderlərin sözlərinə əsasən nova 12 Pro smartfonu Kirin 9000s prosessoru vasitəsilə çalışacaq və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Nova 12 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MateStation X 2023 monoblokunun sadələşdirilmiş versiyası təqdim edilib
    huawei-matestation-x-2023-monoblokunun-sadelesdirilmis-versiyasi-teqdim-edilib
    Huawei gələn il üçün 100 milyon ədəd smartfon satmağı planlaşdırır
    huawei-gelen-il-ucun-100-milyon-eded-smartfon-satmagi-planlasdirir
    Huawei nova 11 SE smartfonu təqdim edilib - QİYMƏTİ
    huawei-nova-11-se-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün qabaq Huawei nova 11 SE-nin real fotoları təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-11-se-nin-real-fotolari-teqdim-edilib
    Huawei üçün Kirin 9000s prosessorunun hansı üsul ilə hazırlandığı açıqlanıb
    huawei-ucun-kirin-9000s-prosessorunun-hansi-usul-ile-hazirlandigi-aciqlanib