main-post-cover

    Huawei nova 12 Pro və nova 12 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti nova 12 smartfon seriyası çərçivəsində adi nova 12 nova 12 Lite ilə birlikdə həmçinin nova 12 Pro nova 12 Ultra modellərini də təqdim edib. Bu xəbərdə məhz bu modellərə nəzər yetirək. Nova 12 Pro və nova 12 Ultra xarici görünüş mövzusunda digər nova 12 modellərindən yalnız ön panel baxımından fərqlənirlər. Belə ki, nova 12 və nova 12 Lite modellərindən fərqli olaraq nova 12 Pro və nova 12 Ultra modellərinin ekranları üzərində oval formalı çıxıntı yerləşdirilib. Beləliklə bu smartfonlar 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2776x1224 piksel keyfiyyətli 6.76 düym OLED ekranla təchiz olunublar.
         Üstəlik ekranlar Kunlun Glass 2 qoruyucu şüşəsi ilə də əhatə olunublar. Barmaq izi skanı texnologiyası bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Nova 12 Pro və nova 12 Ultra kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini özlərində birləşdirirlər. Nova 12 Pro modeli Kirin 8000 prosessoru vasitəsilə çalışır və özündə 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Nova 12 Ultra modelinə gəldikdə isə o, Kirin 9000SL prosessoru vasitəsilə çalışır və özündə 12 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.
         Nova 12 və nova 12 Lite modellərində olduğu kimi nova 12 Pro və nova 12 Ultra modellərində də kameralar eynidir. Belə ki, smartfonlar 50 MP + 8 MP ikili arxa kamera və 60 MP + 8 MP ikili ön kamera ilə təchiz olunublar. Üstəlik hər iki smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfonlar HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışırlar. Nova 12 Pro modeli gələn ayın əvvəlində, nova 12 Ultra isə gələn ayın ortasında satışa çıxacaq. Onların satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 256 GB yaddaşa sahib nova 12 Pro - 559$
    - 512 GB yaddaşa sahib nova 12 Pro - 615$
    - 512 GB yaddaşa sahib nova 12 Ultra - 656$
    - 1 TB yaddaşa sahib nova 12 Ultra - 767$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova 12 və nova 12 Lite təqdim olunub - QİYMƏTİ
    huawei-nova-12-ve-nova-12-lite-teqdim-olunub-qiymeti
    Huawei Kirin 9000SL prosessoru barəsində məlumat ortaya çıxıb
    huawei-kirin-9000sl-prosessoru-baresinde-melumat-ortaya-cixib
    Təqdimatdan bir gün qabaq Huawei nova 12 Ultra-nın texniki göstəriciləri açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-12-ultra-nin-texniki-gostericileri-aciqlanib
    Huawei ikiqat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır
    huawei-ikiqat-qatlanma-mexanizmine-sahib-smartfon-uzerinde-calisir
    Huawei nova 12 Pro və nova 12 Ultra-nın kameraları haqqında məlumat verilib
    huawei-nova-12-pro-ve-nova-12-ultra-nin-kameralari-haqqinda-melumat-verilib