
Huawei nova 12 seriyasına 4 smartfon daxil olacaq
Cihazlar+
12.12.2023
Emil
Huawei şirkəti hələ nova 12 smartfon seriyasının təqdimatını anons etməyib. Lakin bununla belə onun barəsində məlumatlar çıxmağa davam edirlər. Daha öncə düşünülürdü ki, nova 12 smartfon seriyasına adi nova 12, nova 12 Pro və nova 12 Ultra modelləri daxil olacaqlar. İndi isə insayderlər bildiriblər ki, nova 12 smartfon seriyasında daha bir model olacaq. Dördüncü modelin adı barəsində məlumat verilməsə də, çox güman ki, söhbət, nova 12 SE-dən getmir. Məlumatda qeyd edilib ki, nova 12 seriyasına daxil olacaq dördüncü model 50 MP-lik əsas arxa kamera və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ki ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
