main-post-cover

    Huawei nova 12 smartfonlarının dizaynları və texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    27.09.2023
    Emil Nəcəfov
        Hələ təqdim olunmamış Huawei nova 12 smartfon seriyasına daxil olacaq iki model Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış qeyri-rəsmi tizer fotosunda əks olunub. Söhbət, nova 12 və nova 12 Pro-dan gedir. Sözügedən smartfonların dizaynlarından əlavə olaraq onların texniki göstəriciləri də məlum olub. Beləliklə məlumata əsasən adi nova 12 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib kənarları əyilmiş OLED ekranla təchiz olunacaq.
        Smartfon Kirin 830 prosessoru vasitəsilə çalışacaq və özündə 8 MP-lik telekamera ilə 88 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Nova 12 Pro-ya gəldikdə isə o, adi nova 12-nin ekranını əldə edəcək. Üstəlik nova 12 Pro-da ekran Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Kirin 9000s prosessoru vasitəsilə çalışacaq və 50 MP + 50 MP + 12 MP üçlü arxa kameraya, biri 60 MP olmaqla ikili ön kameraya və 100 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olacaq. Huawei nova 12 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər