
Huawei nova 12 Ultra-nın vacib özəlliklərindən biri məlum olub
Cihazlar+
30.11.2023
Emil
Huawei şirkəti nova 12 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də nova 12 Ultra olmalıdır. İndi isə məlum olub ki, bu model Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində nova 12 Ultra-nın hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilmiş məlumata əsasən smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Təəssüflər olsun ki, məlumatlar bazasında smartfon barəsində digər bir məlumat qeyd edilməyib. Lakin nova 12 Ultra-nın Kirin 9000s prosessoru vasitəsilə çalışacağı və 5G dəstəyinə sahib olacağı gözlənilir. Huawei nova 12 smartfon seriyasının dekabr ayında təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
