main-post-cover

    Huawei nova 12 və nova 12 Lite təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    26.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti daha öncə də elan etmiş olduğu kimi nova 12 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya 4 model daxil olub. Nova 12, nova 12 Lite, nova 12 Pronova 12 Ultra. Bu xəbərdə nova 12 ilə nova 12 Lite modelinə nəzər salaq. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412х1084 piksel keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Hər iki smartfon ekranı üzərində kiçik dairəvi çıxıntı yerləşdirilib.
         Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Həm nova 12 həm də nova 12 Lite özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirirlər. Nova 12 modeli Kirin 8000 prosessoru, nova 12 Lite modeli isə Snapdragon 778G (4G) prosessoru vasitəsilə çalışır. Bu smartfonlar 8 GB RAM 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunublar. Onların kamera göstəriciləri də eynidir.
         Belə ki, hər iki smartfon 50 MP + 8 MP ikili arxa kamera və 60 MP-lik ön kameraya sahibdir. Adi nova 12 modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya, nova 12 Lite modeli isə 66 vat gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışır. Sözügedən smartfonlar gələn ayın əvvəlində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 256 GB yaddaşa sahib nova 12 - 419$
    - 512 GB yaddaşa sahib nova 12 - 475$
    - 256 GB yaddaşa sahib nova 12 Lite - 349$
    - 512 GB yaddaşa sahib nova 12 Lite - 391$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Kirin 9000SL prosessoru barəsində məlumat ortaya çıxıb
    huawei-kirin-9000sl-prosessoru-baresinde-melumat-ortaya-cixib
    Təqdimatdan bir gün qabaq Huawei nova 12 Ultra-nın texniki göstəriciləri açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-12-ultra-nin-texniki-gostericileri-aciqlanib
    Huawei ikiqat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır
    huawei-ikiqat-qatlanma-mexanizmine-sahib-smartfon-uzerinde-calisir
    Huawei nova 12 Pro və nova 12 Ultra-nın kameraları haqqında məlumat verilib
    huawei-nova-12-pro-ve-nova-12-ultra-nin-kameralari-haqqinda-melumat-verilib
    Huawei nova 12 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    huawei-nova-12-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib