main-post-cover

    HUAWEI nova 12i: 108 MP kamera ilə yüksək keyfiyyətli şəkillər çəkin

    Cihazlar+
    01.07.2024
    Emil Nəcəfov
         Hər bir insanın fəal smartfon istifadəçisi olduğu müasir dövrdə, tələblərə uyğun cihazın seçimi daha da çətinləşir. Bu kontekstdə HUAWEI nova 12i qabaqcıl texnologiya, zərif dizayn və funksionallığın orijinal birləşməsi ilə seçilir. Yüksək keyfiyyəti və rahatlığı dəyərləndirən istifadəçilər üçün bu smartfon ideal seçimdir.
         Nova 12i-nin ölçüləri 163,3x74,7x8,4 millimetr, çəkisi isə 199 qramdır (batareya ilə birlikdə). Ekranın eni 6,7 düym, ekran ölçüsü 1080x2388, yenilənmə tezliyi isə 90 Hz-dir.
         Smartfonun əsas üstünlüyü onun kamerasıdır. Kamera ölçüsü 108 MP və diafraqması f/1.9-dur. 9-u 1-də piksel dəstəkli böyük sensor hər bir pikselin işığa həssaslığını artırır və zəif işıqlanma şəraitində daha gözəl şəkillər çəkməyə imkan verir. Digər 2 MP dərinlik kamerası isə hətta bulanıq fonda simaları daha aydın çəkməyə kömək edir.
         Cihazın dizaynı möhtəşəmdir. Arxa kameranın orbit şəkilli halqası ahəngdarlıq və simmetriyanı təcəssüm etdirir.
         Ekran eninin 6,7 düym olması, onu rahat şəkildə istifadə etməyə və yüksək keyfiyyətli müxtəlif videolar izləməyə kömək edir. Nova 12i-də 90 Hz yenilənmə tezliyini dəstəklənir ki, bu da ekranın daha səlis görünməsinə səbəb olur.
         HUAWEI nova 12i həmçinin Always-On Display funksiyasını dəstəkləyir. Ekran yuxu rejiminə keçdikdə, Always-On Display rejimi işə düşür. Bu funksiyanın üstünlüyü ondan ibarətdir ki, siz cihazı açmadan mesajları və müxtəlif məlumatları, məsələn, tarixi, vaxtı, batareya faizini və bildirişləri qəbul etmək imkanı əldə edirsiniz.
         Smartfon Qualcomm Snapdragon 680 prosessoru ilə təchiz olunub. Bundan başqa 8 GB operativ yaddaşa və seçimdən asılı olaraq 128 GB (256 GB) daxili yaddaşa malikdir ki, bu da çox sayda fayl, şəkil və video saxlamağa imkan verir.
         Bu prosessor ümumi istifadə: film izləmək, musiqi dinləmək, foto çəkmək, çatda ünsiyyət qurmaq və sosial şəbəkə tətbiqlərindən istifadə etmək üçün cihazın səlis işləməsini təmin edir.
         HUAWEI nova 12i EMUI 14 əməliyyat sistemi əsasında işləyir. Bu, Huawei şirkətinin son əməliyyat sistemidir və müxtəlif bölgələrdə istifadə üçün tətbiq olunub.
         Smartfon, 5000 mAh gücündə batareya ilə təchiz olunduğundan gün ərzində uzun müddətli istifadə üçün uyğundur. Cihaz 40 Vt gücündə naqil ilə sürətli şarjı dəstəkləyir. Smartfon 30 dəqiqə ərzində 62%-ə qədər şarj edilmə imkanına malikdir.
         Nəticə olaraq, HUAWEI nova 12i geniş funksionallığa malik, büdcəyə uyğun, etibarlı smartfondur. Kamera ölçüsü 108 MP, ekran ölçüsü 1080x2388 və yenilənmə tezliyi 90 Hz-dir. Həmçinin o, Always-On Display rejimini dəstəkləyir. Bütün bunları nəzəra alaraq qeyd etmək olar ki, bu cihaz foto və videoların keyfiyyətli çəkilişini və rahat istifadəni qiymətləndirənlər üçün ideal seçimdir. Ümumilikdə, nova 12i bahalı modellərə çox pul xərcləmədən keyfiyyət və performansdan imtina etmək istəməyən istifadəçələr üçün əla variantdır.
     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HarmonyOS Çində iOS-dən daha məşhur olub
    harmonyos-cinde-ios-den-daha-meshur-olub
    Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-se-11-planseti-teqdim-edilib-qiymeti
    İdman və Gündəlik Tapşırıqlar Üçün Lazım olan Hər Şey: HUAWEI WATCH FIT 3
    idman-ve-gundelik-tapsiriqlar-ucun-lazim-olan-her-sey-huawei-watch-fit-3
    Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
    huawei-yasli-insanlarin-saglamligina-nezaret-eden-agilli-ev-qurgusunu-teqdim-edib
    Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
    huawei-mate-70-smartfon-seriyasi-guclu-suni-zeka-funksiyalarina-sahib-olacaq