
Huawei nova 13 Pro və nova 13 Ultra smartfonlarının bəzi özəllikləri açıqlanıb
Cihazlar+
30.04.2024
Farid
Huawei şirkəti hal-hazırda nova 13 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellər arasında nova 13 Pro və nova 13 Ultra olacaqlar. İndi isə insayderlər bu smartfonların bəzi texniki imkanlarını təqdim ediblər. Onların sözlərinə əsasən adları qeyd edilmiş smartfonların fərqləndirici özəlliklərindən biri də güclü prosessora sahib olacaqlarıdır. İnsayderlər bildiriblər ki, nova 13 Pro və nova 13 Ultra smartfonları flaqman Kirin prosessoru vasitəsilə çalışacaqlar.
Çox güman ki, söhbət, Kirin 9010 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, bu smartfonlar həmçinin özlərində fotoların emalı üçün nəzərdə tutulmuş XMAGE sistemini birləşdirəcəklər. Digər özəlliklərə gəldikdə isə insayderlərin məlumatlarına əsasən sözügedən smartfonlar kənarları əyilmiş dizaynda hazırlanmış 1.5K keyfiyyətli ekranı, ikili ön kameranı və 5G modemi əldə edəcəklər. Üstəlik smartfonların peyk rabitəsi funksiyasını da əldə edəcəkləri gözlənilir. Huawei nova 13 smartfon seriyasının bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
