Logo
    main-post-cover

    HUAWEI nova 13 və HUAWEI nova 13i - Zəriflik və dinamiklik

    Cihazlar+
    19.03.2025
    Emil
         İlk növbədə smartfonların unikal rəng seçimləri ilə istifadəçilərə yeni və fərqli təəssürat yaradacaqlarını qeyd etmək lazımdır. HUAWEI nova 13-ün dumanlı yaşıl, ağ və klassik qara rəngləri premium və zərif görünüş bəxş edir. HUAWEI nova 13i isə mavi və ağ çalarları ilə gəncliyi və enerjini əks etdirir. Hər iki smartfon yüksək texnologiyanı və mükəmməl dizaynı bir araya gətirir.
        Smartfonların kameralarının dizaynında yer alan orbital halqalar bu seriyanın əsas üslub elementlərindən biridir. Çərçivəsiz dizayna malik olan bu modellər smartfon bazarında ən yeni trendlərlərə uyğundur. Bu seriya innovativ həlləri və estetik görünüşü ilə seçilir.
        HUAWEI nova 13 və HUAWEI nova 13i möhkəm və incə dizayna malikdir. HUAWEI nova 13 161,4 mm hündürlükdə, 75,3 mm enində və cəmi 6,98 mm qalınlığında olub, 195 qram ağırlığındadır. HUAWEI nova 13i daha möhkəm və güclü quruluşa sahibdir: 163,3 mm hündürlükdə, 8,4 mm qalınlıqda və 199 qram ağırlığındadır. Hər iki cihaz zərifliyi və istifadədə rahatlığı ilə fərqlənirlər.
         Yüksək səviyyəli görüntü keyfiyyəti
         HUAWEI nova 13 OLED ekranı ilə rəng dərinliyini və kontrastı artırır. 120 Hz yeniləmə tezliyi hərəkətləri daha axıcı edir. HUAWEI nova 13i isə LCD texnologiyası və 90 Hz adaptiv yeniləmə tezliyi ilə effektiv görüntü təklif edir. Hər iki smartfon FHD+ keyfiyyətində görüntü ilə istifadəçilərə keyfiyyətli izləməni təmin edir. HUAWEI nova 13 güclü və yüksək sürətli performans üçün Kirin 8000 prosessoru ilə təchiz olunub. HUAWEI nova 13i Snapdragon™ 680 prosessoru ilə balanslı və enerjiyə qanaətlə səmərəli işləmə imkanı yaradır. EMUI 14.2 interfeysi hər iki cihazın daha sürətli və intuitiv olmasını təmin edir.
         Geniş yaddaş tutumu ilə şəkillər, videolar və sənədlərin təhlükəsiz şəkildə saxlanılır. Nova 13 özünün 12 GB RAM operativ və maksimal 512 GB daxili yaddaşı sayəsində sürətli təcrübə təqdim edir. 8 GB RAM və 256 GB yaddaş isə HUAWEI nova 13i-nin sabitliyini və enerji səmərəliliyini qoruyur.
        HUAWEI nova 13 və HUAWEI nova 13i – Daha Geniş Fotoçəkiliş İmkanları
        HUAWEI nova 13, 112° baxış bucağı və 2 sm məsafədən makro çəkiliş imkanı təqdim edən 8 MP ultra geniş bucaqlı makro kameraya malikdir. HUAWEI nova 13i isə 108 MP kamera ilə detalları daha dəqiq və parlaq şəkildə göstərməyə imkan verir.
        HUAWEI nova 13, 60 MP ön kamerası və XD Portrait Engine texnologiyası ilə hər bir portreti mükəmməl edir. 100° baxış bucağı və f/1.9 diafraqma ilə  daha çox detalın əks etdirilməsində əsas rolu oynayır. HUAWEI nova 13i isə gündəlik istifadədə keyfiyyətli və balanslı selfi çəkilişi üçün 8 MP ön kamera ilə təchiz olunub. Smartfonun əsas kamerası 108 meqapikselli yüksək keyfiyyətli fotoları yaradır.
        Gündəlik həyatda smartfon seçərkən ən mühüm göstəricilərdən biri də onların enerjisaxlama və enerjini bərpaetmə kimi parametrləridir. HUAWEI nova 13, 100W SuperCharge Turbo texnologiyası ilə inanılmaz dərəcədə sürətli enerji yığır. 5000 mAh batareyası bütün gün istifadəyə imkan verir. HUAWEI nova 13i isə 40W sürətli şarj texnologiyası ilə 0%-dən 62%-ə cəmi 30 dəqiqəyə enerji yığır və beləliklə bu kimi üstün göstəricilərinə görə smartfonlar bir çox rəqiblərərini arxada qoyur.
    Paylaş