
Huawei nova 13 və nova 13 Pro smartfonlarının əldə edəcəkləri prosessor və kameralar açıqlanıb
Cihazlar+
08.10.2024
Emil
Huawei ilin sonuna kimi nova 13 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Huawei nova 13 və nova 13 Pro. İndi isə insayderlər bu smartfonların əldə edəcəkləri prosessor və kameralar barəsində məlumatlar veriblər. Beləliklə onların sözlərinə əsasən hər iki model Kirin 9010 prosessoru vasitəsilə çalışacaq.
Smartfonlar özlərində 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirəcəklər. Lakin Huawei nova 13 Pro modelinin üstəlik 1 TB daxili yaddaş həcminə sahib versiyası da olacaq. Adi Huawei nova 13 modeli 50 MP + 8 MP ikili arxa kamera ilə 60 MP-lik ön kameranı, nova 13 Pro modeli isə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 60 MP-lik ön kameranı əldə edəcək. Hər iki smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
