Logo
    main-post-cover

    Huawei nova Flip-in bəzi texniki imkanları və qiyməti açıqlanıb

    Cihazlar+
    30.07.2024
    Emil
         Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü artıq sərgiləyib. Huawei nova Flip adını əldə edəcək bu yeni smartfonun bəzi texniki imkanları və mümkün satış qiyməti Digital Chat Station ləqəbli məşhur insayder tərəfindən açıqlanıb. Beləliklə insayderin sözlərinə əsasən smartfon 6.9 düym ölçülü daxili ekranla və 2.1 düym ölçülü xarici ekranla təchiz olunacaq. Bununla yanaşı o, Huawei şirkətinin Kirin prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, nova Flip 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. İnsayderin sözlərinə əsasən nova Flip-in qiyməti təqribi olaraq 690$ təşkil edəcək. Yəni faktiki olaraq bu, büdcəli qatlana bilən smartfon olmalıdır.
    Paylaş