
Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
Cihazlar+
30.07.2024
Emil
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyəndən sonra onun təqdimatını anons edib. Söhbət, Huawei nova Flip-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni smartfon 5 avqust tarixində Çində təqdim ediləcək. Təqdim edilmiş posterdə smartfonun arxa paneli əks olunub. Posterdən də görmək olar ki, smartfon kvadrat formalı xarici ekranı əldə edəcək və xarici ekranın sol hissəsində şaquli vəziyyətdə yerləşmiş iki ədəd kamera mövcud olacaq. Son məlumatlara əsasən Huawei nova Flip smartfonu 6.9 düym ölçülü daxili ekranla və 2.1 düym ölçülü xarici ekranla təchiz olunacaq və Kirin prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 50 MP-lik əsas arxa kamera ilə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
