Logo
    main-post-cover

    Huawei nova seriyasına daxil olacaq qatlana bilən büdcəli smartfon üzərində çalışır

    Cihazlar+
    16.06.2023
    Emil
        İnsayderlər bildiriblər ki, Huawei şirkəti yeni qatlana bilən smartfon üzərində çalışır və o, şirkətin Mate və ya Pocket seriyasına daxil olmayacaq. Onların sözlərinə əsasən şirkət tərəfindən hazırlanan yeni qatlana bilən smartfon nova seriyasına daxil olacaq və 570-700$ satış qiymətinə sahib olacaq. Satış qiymətindən belə qənaətə gəlmək olar ki, şirkət büdcəli qatlana bilən smartfon üzərində çalışır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, qatlana bilən Huawei Mate X3 smartfonu Çində 1900$-a, qatlana bilən qapaqlı Huawei P50 Pocket isə 1410$-a satılır. Hazırlanan yeni qatlana bilən smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, smartfon böyük ehtimal ilə hansısa Snapdragon prosessorunun 4G versiyası vasitəsilə çalışacaq. Şirkətin büdcəli qatlana bilən smartfonu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər