Logo
    main-post-cover

    Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    23.07.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti qatlana bilən smartfonlar bazarındakı mövqelərini gücləndirmək niyyətindədir və bu istiqamətdə şirkət özünün nova smartfon seriyası çərçivəsində baha qiymətə satılmayacaq qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderin sözlərinə əsasən şirkət nova seriyası çərçivəsində qatlana bilən smartfonunu avqustda təqdim edəcək.
         Məlumatda qeyd edilib ki, şirkət ilk əvvəl avqustda məhz nova 13 smartfon seriyasını təqdim etməyi planlaşdırırdı. Lakin daha sonra şirkət nova 13 seriyasının təqdimat tarixini dəyişib və avqusta nova seriyasının qatlana bilən qapaqlı smartfonunun təqdimatını təyin edib. Gözləntilərə əsasən smartfonun qiyməti 687$-dan 825$-a kimi təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, fevral ayında təqdim edilmiş Huawei Pocket 2 smartfonu satışa çıxan zaman onun qiyməti 1000$ təşkil edirdi.
    Paylaş