Logo
    main-post-cover

    Huawei nova Y91 smartfonu təqdim edilib

    Cihazlar+
    22.05.2023
        Huawei şirkəti nova seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, nova Y91-dən gedir. Sözügedən yeni smartfon böyük ölçülü ekranı, böyük həcmli batareyası və 50 MP-lik əsas arxa kamerası ilə fərqlənir. Beləliklə nova Y91 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.95 düym LCD ekran ilə təchiz olunub. Ön kamera ekranın yuxarı hissəsindəki geniş çıxıntının daxilinə yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə nova Y91 smartfonu Snapdragon 680 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət nova Y91-in nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatı daha sonra təqdim edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei nova Y91 smartfonu təqdim edilib | Technote