Huawei orta səviyyəli nova 9 və nova 9 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Huawei orta səviyyəli nova 9 və nova 9 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
24.09.2021 PAYLAŞIM

    Huawei şirkəti orta səviyyəli iki yeni smartfonunu təqdim edib. Söhbət, Huawei nova 9nova 9 Pro modellərindən gedir. Xarici görünüşcə bu smartfonlar oxşardılar. Onlar öz aralarında ekran ölçüsü, kameralar, batareya həcmi və sürətli enerji yığma göstəricisi ilə fərqlənirlər. Beləliklə Huawei nova 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.57 düym OLED, Huawei nova 9 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym OLED ekran ilə təchiz olunub. Bununla yanaşı Huawei nova 9-un ekranı üzərində bir ədəd kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı, Huawei nova 9 Pro-nun ekranı üzərində isə 2 ədəd kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib.


    Qeyd etmək lazımdır ki, hər iki smartfonda ekranın kənar hissələri bir qədər əyilmiş formada reallaşdırılıb. Barmaq izi skanı texnologiyası smartfonların ekranlarına inteqrasiya edilib. Hər iki smartfon Snapdraogn 778G 4G prosessoruna, 8 GB RAM-a və 128/256 GB daxili yaddaş həcminə sahibdir. Smartfonların arxa kamera göstəriciləri də eynidir. Belə ki, onlar 50 MP (f/1.9 diafraqma) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (ToF obyektiv) + 2 MP (makroobyektiv) dördlü arxa kamera ilə təchiz olunublar.

    Ön kameralar baxımından smartfonlar fərqlənirlər. Huawei nova 9 modeli 32 MP-lik ön kamera, Huawei nova 9 Pro modeli isə 32 MP + 32 MP (ultragenişbucaqlı obyektiv) ikili ön kamera ilə təchiz olunub. Batareya həcmləri və sürətli şarj göstəricilərinə gəldikdə Huawei nova 9 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareyaya, Huawei nova 9 Pro modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon HarmonyOS 2.0.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib Huawei nova 9 - 418$

- 256 GB yaddaşa sahib Huawei nova 9 - 465$

- 128 GB yaddaşa sahib Huawei nova 9 Pro - 542$

- 256 GB yaddaşa sahib Huawei nova 9 Pro - 604$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..


iPhone 13 Pro-nun maya dəyəri məlum olub

TechInsights şirkətinin mütəxəssisləri iPhone 13 Pro modelinin daxili komponentlərini analiz edərək ..


İnsayderlər Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər

İnsayderlər Redmi brendinin Redmi K50 smartfon seriyası barəsində məlumatlar veriblər.

×