
Huawei öz noutbuklarında Windows-dan HarmonyOS-ə keçə bilər
Cihazlar+
18.03.2025
Emil
Huawei MateBook noutbukları Windows-dan HarmonyOS-a keçə bilər. Huawei MateBook noutbukları uzun illər Windows əməliyyat sistemi ilə təchiz olunurdu, lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər. Məlumatlara görə, Microsoft-un Huawei ilə Windows lisenziyası bu ayın sonunda başa çatır. Bu, şirkəti yeni həll yolları axtarmağa və ya öz əməliyyat sistemi olan HarmonyOS-i seçməyə vadar edə bilər.
Huawei-nin yüksək vəzifəli menecerlərindən biri şirkətin yeni nəsil kompüterlərində Windows-dan imtina edərək HarmonyOS-a keçəcəyini bildirmişdi. Bunun əsas səbəbi kimi ABŞ-ın tətbiq etdiyi sanksiyalar göstərilir, çünki Microsoft Huawei-yə Windows əməliyyat sisteminə çıxışı bağlamağa məcbur ola bilər. Huawei-nin istehlakçı məhsulları bölməsinin rəhbəri Richard Yu deyib: "Sanksiyalara görə, Windows ilə təchiz olunmuş PC-lərin tədarükü dayana bilər və bu, sonuncu partiya ola bilər. Gələcəkdə bizim kompüterlərimiz yalnız HarmonyOS istifadə edəcək".

Huawei bir neçə müddət bundan öncə MateBook D 16 Linux Edition adlı yeni noutbukunu təqdim etdi. Bu model əvvəlki versiyaya bənzəyir, lakin Windows əvəzinə Linux əməliyyat sistemi ilə işləyir. Şirkətin Windows-u əvəz etmək üçün hələ tam hazır olmayan HarmonyOS-ə keçid etməzdən əvvəl Linux-u müvəqqəti həll kimi istifadə edəcəyi ehtimal olunur. Huawei-nin noutbuklarında HarmonyOS-in istifadəsi Avropa bazarında satışlarla bağlı suallar doğurur.
Mənbə: Huawei Central
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
