
Huawei öz smartfonlarında dəyişdirilə bilən kameralar texnologiyasını nəzərdən keçirdir
Huawei şirkəti tərəfindən bir neçə müddət bundan öncə qeydiyyat edilmiş yeni patentdə mobil kameralar barəsində təsəvvürləri dəyişə biləcək maraqlı texnologiya təsvir edilib. Söhbət, smartfon kameralarını çıxarıla və dəyişdirilə bilmə özəlliyindən gedir. Huawei şirkətinin fikrincə smartfonun arxa panelinin bütöv hissəsi istifadəçi tərəfindən ayarlana bilər. Bu halda istifadəçi smartfonun arxasında yerləşən kamera sahəsini tamamilə və ya onun ayrı-ayrı hissələrini dəyişə bilər.
Məsələn patent fotosunda olduğu kimi istifadəçi kamera sahəsinin xarici hissəsini dəyişə bilər. O öz istəyinə uyğun olaraq standart rəngli xarici hissəni digər rəngdə olanı ilə əvəzləyə bilər. Bu cür ideyanın maraqlı olmasına baxmayaraq, çətin ki, istifadəçilərin çoxu üçün bu, ürəkaçan olsun. İstisna olaraq fotoqrafları və həvəskar şəxsləri misal gətirmək olar. Bundan əlavə olaraq bu ideyanın reallaşdırılacağı halında şirkət öz alqoritmlərini hər bir kamera sensoru üçün optimizasiya etməli olacaq. Bununla belə şirkət sadəcə smartfonun xarici görünüşünün dəyişdirilməsi ideyası ilə yetinə bilər.
Paylaş
Bənzər xəbərlər