main-post-cover

    Huawei öz yeni cihazlarını yaxın zamanda təqdim etməlidir

    Cihazlar+
    16.08.2024
    Emil Nəcəfov
         Huawei şirkəti yaxın zamanda öz yeni cihazlarını təqdim etməlidir. Lakin şirkət bunun nə zaman baş verəcəyini hələ rəsmi şəkildə elan etməyib. Bu məlumatı öz növbəsində şirkətdən öncə Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən şirkətin yeni təqdimat tədbiri sentyabr ayında baş tutacaq. İnsayder bildirib ki, gələn ay baş tutacaq təqdimat tədbiri çərçivəsində şirkət nova 13 smartfon seriyasını, Huawei Watch GT 5 smart saatını, 3 qat qatlana bilən smartfonunu və yeni naqilsiz səsgücləndiricisini təqdim edəcək. Qeyd etmək lazımdır ki, nova 13 smartfon seriyasına 3 modelin daxil olacağı gözlənilir. Nova 13, nova 13 Pro nova 13 Pro+. Huawei şirkətinin 3 qat qatlana bilən smartfonuna gəldikdə isə onun olduqca nazik gövdəyə sahib olacağı və Kirin prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı bəzi iddialara əsasən bu yeni qatlana bilən smartfon olduqca baha qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei şirkətinin qeyri-adi qatlana bilən smartfonunun nə zaman təqdim oluna biləcəyi açıqlanıb
    huawei-sirketinin-qeyri-adi-qatlana-bilen-smartfonunun-ne-zaman-teqdim-oluna-bileceyi-aciqlanib
    Huawei yeni premium smart saatını təqdim etməyə hazırlaşır
    huawei-yeni-premium-smart-saatini-teqdim-etmeye-hazirlasir
    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu olduqca baha qiymətə satıla bilər
    huawei-sirketinin-3-qat-qatlana-bilen-smartfonu-olduqca-baha-qiymete-satila-biler
    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu görülüb
    huawei-sirketinin-3-qat-qatlana-bilen-smartfonu-gorulub
    Huawei MateView SE (2024) monitoru təqdim edilib - QİYMƏTİ
    huawei-mateview-se-2024-monitoru-teqdim-edilib-qiymeti