main-post-cover

    Huawei P50 flaqman smartfon seriyasının rəsmi təqdimat tarixi elan edilib

    Cihazlar+
    19.07.2021
    Emil Nəcəfov
        Huawei şirkətinin mətbuat xidməti şirkətin yeni flaqman smartfonlarına yönəlmiş reklam fotosunu təqdim edib. Həmin fotoda şirkət sonunda yeni flaqman smartfonların təqdimat tarixlərini qeyd edib. Buna baxmayaraq smartfonların hər hansısa texniki özəllikləri barəsində məlumat verilməyib. Beləliklə fotoda olan məlumata əsasən Huawei öz yeni flaqman smartfonlarını 29 iyul tarixində təqdim edəcək. Heç şübhəsiz söhbət, Huawei P50 smartfon seriyasından gedir. Bəzi məlumatlara əsasən şirkət sözügedən smartfonların həm qlobal həm də Çin satışlarını eyni vaxtda reallaşdıracaq.
        Qeyd etmək lazımdır ki, ABŞ sanksiyaları səbəbilə Huawei çətin zamanlardan keçir və buna görə də o, P50 smartfon seriyasının təqdimatını dəfələrlə təxirə salıb. Sözügedən smartfonların hələ aprel ayında təqdim olunmaları gözlənilirdi. Lakin daha sonra şirkət özü etiraf etmişdi ki, bazarda hal hazırda yaşanan problemlər səbəbilə smartfonların təqdimatları təxirə salınıb. Məlumata əsasən Huawei P50 seriyası Snapdragon 888-in 4G versiyasını və ya Kirin 9000L prosessorunu əldə edəcək. Smartfonlar arasında 5G dəstəkli modelin olub-olmayacağı da bilinmir. 
    Linki kopyala