main-post-cover

    Huawei P60 flaqman smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb

    Cihazlar+
    07.03.2023
    Farid Pardashunas
        Huawei şirkətinin növbəti flaqman smartfon seriyası olacaq Huawei P60-ın təqdimat tarixini özündə əks etdirən reklam posteri Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb. Beləliklə ortaya çıxmış reklam posterinə əsasən Huawei şirkətinin növbəti təqdimat tədbiri 23 mart tarixində baş tutacaq. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət Huawei P60 smartfon seriyası ilə yanaşı digər məhsullarını da təqdim edəcək. Söhbət, FreeBuds 5 naqilsiz qulaqlığından, Watch 4 smart saatından və Band 7 smart qolbağından gedir. Qeyd etmək lazımdır ki, hələ ilin əvvəlində Huawei təsdiqləmişdi ki, o bu il Huawei P60 smartfon seriyasını və yeni qatlana bilən Mate X3 smartfonunu təqdim edəcək. Gözləntilərə əsasən Huawei P60 seriyasının Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.6 düym OLED ekran, Snapdragon 8 Gen 2-nin 4G versiyası və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər