main-post-cover

    Huawei P60-ın 10 qat optik zoom özəllikli kamerası ilə çəkilmiş fotolar sərgilənib

    Cihazlar+
    02.03.2023
    Farid Pardashunas
        Huawei şirkəti hal hazırda özünün növbəti flaqman smartfon seriyası olan Huawei P60 üzərində çalışır. Sözügedən smartfon seriyası barəsində məlumat hələ çox azdır. Lakin Huawei P60-ın təqdimatından öncə şirkət təmsilçisi onun kamerası vasitəsilə çəkilmiş fotoların nümunələrini sərgiləyib. Təqdim edilmiş fotolarda smartfonun optik zoom funksiyasının imkanları əks olunub. Bu fotolar smartfonun 10 qat optik zoom funksiyasına sahib kamerası vasitəsilə çəkilib. Fotolardan birində hətta Ay da əks olunub və görmək olar ki, Huawei P60-ın kamerası 10 qat optik zoom vasitəsilə yüksək keyfiyyətli fotolar çəkə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər