Huawei P60 Pro-nun sahib olacağı kameralardan birinin göstəriciləri məlum olub

Huawei P60 Pro-nun sahib olacağı kameralardan birinin göstəriciləri məlum olub

Mobil Cihazlar
03.03.2023 PAYLAŞIM

    Huawei yaxın zamanda öz növbəti flaqman smartfon seriyası olacaq Huawei P60-ı təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq Huawei P60 Pro-nun kameralarından biri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Huawei P60 Pro modeli RYYB işıq filtrinə sahib 64 MP-lik (OV64B obyektivi) teleobyektiv ilə təchiz olunacaq. Bununla yanaşı insayder qeyd edib ki, smartfonun əsas kamerası dəyişkən diafraqmaya sahib olacaq. Digər bir məlumata əsasən isə smartfon təsviri 3.5 dəfə böyütmək imkanını özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, RYYB işıq filtri özündən 40-50% daha çox işıq keçirdir. Buna görə də Huawei P60 Pro-nun teleobyektivi gecə rejimində keyfiyyətli fotolar çəkmə özəlliyinə sahib olacaq. Huawei P60 smartfon seriyasının dəqiq təqdimat tarixi barəsində hələ heç bir məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×