
Çinin Weibo adlı sosial şəbəkəsinin istifadəçilərindən biri Huawei P60 Pro flaqman smartfonunun xarici görünüşünü sərgiləyən çertyoj fotosunu təqdim edib. Qeyd etmək lazımdır ki, Huawei P60 smartfon seriyasının təqdimatı bu ayın sonunda baş tutacaq. Beləliklə təqdim edilmiş çertyoj fotosuna əsasən Huawei P60 Pro-nun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşəcək. Arxa kamera sahəsi isə özündə böyük ölçülü əsas kamera obyektivini, köməkçi və periskop obyektivləri birləşdirəcək.
Bundan əlavə olaraq smartfonun ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Daha əvvəlki məlumat sızıntılarına əsasən Huawei P60 Pro smartfonu 64 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun QHD+ keyfiyyətli 6.6 düym ekrana, Snapdragon 8 Gen 2 4G prosessoruna və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh-lıq batareyaya sahib olacağı güman edilir. Gözləntilərə əsasən Huawei P60 Pro həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Huawei P60 smartfon seriyasının təqdimatı 23 mart tarixində baş tutacaq.
Şərh yoxdur