
Huawei P70 Art-ın CAD render fotosu təqdim edilib
Cihazlar+
29.02.2024
Emil
MyDrivers saytı Huawei şirkətinin hələ təqdim edilməmiş P70 Art smartfonunun CAD render fotosunu və onun əsasında hazırlanmış adi render fotonu təqdim edib. CAD render fotodakı smartfonun arxa panelində qeyri-adi formalı kamera sahəsi əks olunub. Arxa panelin kənar hissələri isə əyilmiş formada reallaşdırılıb. Bəzi məlumatlara əsasən Huawei P70 Art-ın əsas arxa kamerası dəyişkən diafraqmaya sahib olacaq və smartfon peyk rabitəsi dəstəyini əldə edəcək. Əsas arxa kamera ilə yanaşı smartfon həmçinin ultra geniş bucaqlı obyektivi və teleobyektivi əldə etməlidir. Huawei P70 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
