Logo
    main-post-cover

    Huawei P70 Art-ın ilk render fotosu təqdim edilib

    Cihazlar+
    15.01.2024
    Emil
         Huawei şirkəti yaxın aylar ərzində Huawei P70 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Huawei P70 Art olacaq. İndi isə insayderlər Huawei P70 Art-ın ilk render fotosunu təqdim ediblər. Təqdim edilmiş render fotodan da görmək olar ki, Huawei P70 Art smartfonunun arxa kamera sahəsi bir qədər fərqli dizayna sahib olacaq. Məlumata əsasən arxa kameralardan ən böyüyü Sony IMX989 adlı kamera obyektivi olacaq. Ondan əlavə olaraq smartfon ultra geniş bucaqlı kamera obyektivinə və periskop kamera obyektivinə sahib olacaq. Üstəlik smartfonun əsas arxa kamerasında dəyişkən diafraqma imkanının reallaşdırılacağı gözlənilir.
    Paylaş