
Huawei P70 Art smartfonunun kameraları barəsində məlumatlar verilib
Cihazlar+
01.12.2023
Emil
Huawei şirkəti gələn ilin birinci yarısında Huawei P70 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də Huawei P70 Art olacaq. İndi isə məşhur insayder Ming-Chi Kuo P70 Art-ın kameraları barəsində bəzi məlumatları təqdim edib. Beləliklə analitikin sözlərinə əsasən Huawei P70 Art növbəti nəsil ən bahalı smartfonlardan biri olacaq. Analitik bildirib ki, sözügedən smartfon iPhone 15 Pro Max-da olduğu kimi hibrid linzalardan təşkil edilmiş kamera obyektivini əldə edəcək. Əlavə olaraq smartfon Sony IMX989 kamera obyektivinə sahib olacaq. Huawei P70 Art-ın 6 ədəd plastik və 1 ədəd şüşə linza əldə edəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
