Logo
    Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb

    Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb

    Cihazlar+
    18.01.2024
         Huawei şirkəti yaxın aylar ərzində P70 smartfon seriyasını təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder isə Huawei P70-in əsas arxa kamerası barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən Huawei P70-in əsas arxa kamerası hibrid konstruksiyaya sahib 8 linzalı optikanı əldə edəcək. Linzalardan biri şüşədən, digər yeddisi isə plastikdən hazırlanacaq. İnsayder bildirib ki, oxşar strukturlu əsas arxa kameranı həmçinin iPhone 16 Pro da əldə edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...