
Huawei P70-in render fotosu təqdim edilib
Cihazlar+
08.01.2024
Emil
Huawei şirkəti bu il P70 smartfon seriyasını təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində adi Huawei P70 modelinin render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun arxa kamera sahəsi əks olunub. İnsayder bildirib ki, Huawei P70-in əsas arxa kamerası dəyişkən diafraqmaya sahib olacaq. Bununla yanaşı smartfon periskop kamera obyektivini əldə edəcək. Üçüncü kamera isə çox güman ki, ultra geniş bucaqlı obyektiv olacaq.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
