main-post-cover

    Huawei P70 smartfonları yeni Kirin prosessorunu əldə edə bilərlər

    Cihazlar+
    12.01.2024
    Emil Nəcəfov
         Huawei şirkəti bu ilin birinci yarısında Huawei P70 smartfon seriyasını təqdim etməlidir. İndi isə insayderlər bildiriblər ki, Huawei sözügedən smartfon seriyasını yeni Kirin prosessoru ilə təchiz edəcək. Məlumatda qeyd edilib ki, Huawei hal-hazırda Kirin 9010 adlı yeni prosessoru üzərində çalışır və o, Huawei P70 smartfon seriyasında istifadə ediləcək. Kirin 9010-un texniki imkanları barəsində məlumatlar olmasa da, insayderlərin fikirlərinə əsasən söhbət, Kirin 9000S-in təkmilləşdirilmiş versiyasından gedir. Bu səbəbdən də Kirin 9010-un Kirin 9000S kimi 7 nanometrlik olacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Huawei P70 smartfon seriyasına 3 modelin daxil olacağı güman edilir. Huawei P70, P70 Pro P70 Art.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei P70-in render fotosu təqdim edilib
    huawei-p70-in-render-fotosu-teqdim-edilib
    iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır
    iphone-lar-premium-android-smartfonlardan-2-defe-daha-yaxsi-satilir
    Huawei Enjoy 70 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    huawei-enjoy-70-pro-smartfonu-teqdim-olunub-qiymeti
    2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
    2023-cu-ilin-ucuncu-rubu-uzre-mobil-prosessorlar-bazarinin-statistikasi-teqdim-edilib
    Huawei Enjoy 70 Pro-nun real fotoları və texniki göstəriciləri təqdim edilib
    huawei-enjoy-70-pro-nun-real-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib