
Huawei P70 smartfonlarının bəzi tenxiki imkanları açıqlanıb
Cihazlar+
22.01.2024
Emil
Huawei şirkəti P60 smartfon seriyasını keçən ilin mart ayında təqdim etmişdi. Heç istisna deyil ki, şirkət P70 smartfon seriyasını yaxın aylar ərzində təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Huawei P70 smartfon seriyasının bəzi texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Huawei P70 smartfonları 1.5K keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunacaqlar. Smartfonlarda üçlü arxa kamera reallaşdırılacaq və kamera sahəsi üçbucaq formasında olacaq. Gözləntilərə əsasən əsas arxa kamera 50 MP-lik olacaq və o, dəyişkən diafraqmaya sahib olacaq. Bununla yanaşı insayder bildirib ki, seriyaya daxil olacaq modellərdən ikisi Kirin 9010 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
