
Huawei P70 smartfonlarının dizaynları keys fotosu vasitəsilə təsdiqlənib
Cihazlar+
05.03.2024
Emil
Son zamanlarda Huawei P70 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Bu isə sözügedən smartfon seriyasının yaxın zamanda təqdim olunacağına işarə edir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Huawei P70 smartfonları üçün nəzərdə tutulmuş keyslərin əks olunduğu fotonu təqdim edib. Təqdim edilmiş foto sözügedən smartfonların dizaynları ilə bağlı daha öncəki məlumat sızıntılarını təsdiqləyir. Belə ki, fotodan da görmək olar ki, Huawei P70 smartfonlarının arxa panellərində qeyri-standart kamera sahəsi dizaynı olacaq. Keyslərə əsasən smartfonların arxa panellərində bir ədəd böyük ölçülü kamera obyektivi, iki ədəd kiçik ölçülü kamera obyektivi və LED işıqlandırma yerləşəcək. Huawei P70 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
