
Huawei P70 və P70 Art barəsində yeni məlumatlar verilib
Cihazlar+
04.03.2024
Emil
Huawei şirkətinin hələ təqdim etmədiyi P70 və P70 Art smartfonları barəsində yeni məlumatlar internetdə ortaya çıxıblar. Hər iki smartfon keyfiyyətli render fotoda əks olunub. Render fotoda sözügedən smartfonların arxa panelləri yerləşiblər. Sol tərəfdə adi P70 modeli, sağ tərəfdə isə P70 Art modeli əks olunub. Məlumata əsasən hər iki smartfon qeyri-standart arxa kamera dizaynını əldə edəcək. Smartfonların arxa panellərində bir ədəd böyük ölçülü kamera obyektivi və iki ədəd kiçik kamera obyektivi yerləşəcək. Fotodan da görmək olar ki, P70 Art modelinin ölçüsü adi P70-in ölçüsündən bir qədər böyük olacaq. İnsayderlərin sözlərinə əsasən adi P70 modeli 50 MP-lik əsas arxa kameranı əldə edəcək və o, saniyədə 120 kadr sürətlə 4K və 8K keyfiyyətində videolar çəkə biləcək. Qeyd etmək lazımdır ki, Huawei P70 smartfon seriyasına həmçinin P70 Pro modeli də daxil olacaq. Sözügedən smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
