main-post-cover

    Huawei Pocket S adlı yeni qatlana bilən smartfon təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    03.11.2022
    Emil Nəcəfov
        Huawei şirkəti keçən ilki qatlana bilən P50 Pocket smartfon modelinin daha sadə versiyası olan Pocket S-i təqdim edib. Təqdim edilmiş yeni qatlana bilən smartfon P50 Pocket-in dzaynını özündə saxlasa da daha sadələşdirilmiş texniki özəllikləri əldə edib. Bunun sayəsində isə onun satış qiymətini aşağı endirmək mümkün olub. Huawei Pocket S şaquli istiqamətdə qatlanma mexanizminə sahib smartfondur. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2790x1188 piksel keyfiyyətli 6.9 düym daxili OLED ekran və 60 Hz-lik təsvir yenilənməsinə sahib 340x340 piksel keyfiyyətli 1.04 düym xarici dairəvi OLED ekran ilə təchiz olunub. Daxili ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Kiçik ölçülü xarici dairəvi ekran öz növbəsində bildirişlərin, zamanın, hava proqnozunun, mediaplayerin və digər məlumatların əks olunması üçün nəzərdə tutulub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Pocket S özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi də birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 778G (4G) prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 40 MP (f/1.8 diafraqma, elektron stabilizasiya) + 13 MP (f/2.2 diafraqma) ikili arxa kamera, 10.7 MP-lik (f/2.2 diafraqma) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Pocket S modeli HarmonyOS 3.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 10 noyabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 128 GB yaddaşa sahib model - 820$
    - 256 GB yaddaşa sahib model - 890$
    - 512 GB yaddaşa sahib model - 1030$.
    Linki kopyala