
Huawei Pura 80, 80 Pro, 80 Pro+ və 80 Ultra təqdim olunub - QİYMƏTİ
Cihazlar+
12.06.2025
Emil
Huawei şirkəti Pura 80 smartfon seriyasını təqdim edib. Bu seriyaya 4 model daxil olub: Huawei Pura 80, Pura 80 Pro, Pura 80 Pro+ və Pura 80 Ultra. İlk növbədə Pura 80, Pura 80 Pro, Pura 80 Pro+ modellərinə nəzər yetirək. İlk öncə qeyd etmək lazımdır ki, Pura 80 seriyasının bütün modelləri xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında texniki imkanlar baxımından fərqlənirlər. Bununla yanaşı şirkət Pura 80 modellərində hansı prosessorların istifadə edildiyi barəsində məlumat verməyib. Lakin aydın məsələdir ki, sözügedən smartfonlar Kirin prosessorları vasitəsilə çalışırlar. Huawei Pura 80 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2760x1256 piksel keyfiyyətli 6.6 düym ölçülü OLED ekranla, Pura 80 Pro və Pura 80 Pro+ modelləri isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2848x1276 piksel keyfiyyətli 6.8 düym ölçülü OLED ekranla təchiz olunub.

Pura 80 modelində ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit, Pura 80 Pro və Pura 80 Pro+ modellərində isə ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Bununla yanaşı bütün modellərdə ekran Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Bütün modellərdə gövdə IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Pura 80 və Pura 80 Pro modelləri 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini, Pura 80 Pro+ modeli isə 16 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Pura 80 modeli 50 MP + 12 MP + 13 MP üçlü arxa kamera ilə, Pura 80 Pro və Pura 80 Pro+ modelləri 50 MP + 48 MP + 40 MP + 1.5 MP dördlü arxa kamera ilə təchiz olunub.

Bütün modellərdə ön kamera 13 MP təşkil edir. Batareyaya gəldikdə isə Pura 80 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Pura 80 Pro və Pura 80 Pro+ modelləri isə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyirlər. Pura 80 Ultra modeli texniki imkanlar baxımından demək olar Pura 80 Pro+ ilə eynidir.

Əsas fərq ondan ibarətdir ki, Pura 80 Ultra modelində periskop kamera qismində 48 MP-lik obyektiv əvəzinə 50 MP-lik obyektiv quraşdırılıb. Digər bütün özəlliklər baxımından Pura 80 Ultra modeli Pura 80 Pro+ ilə oxşardır. Pura 80 modelinin satış tarixi və qiyməti açıqlanmayıb. Pura 80 Pro və Pura 80 Pro+ modelləri 14 iyun tarixində Çində satışa çıxacaqlar. Pura 80 Pro modelinin qiyməti 904$-dan, Pura 80 Pro+ modelinin qiyməti isə 1113$-dan start götürəcək. Pura 80 Ultra modelinə gəldikdə isə onun Çində satışlarına 23 iyun tarixində start veriləcək və qiyməti 1392$-dan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
