
HUAWEI PURA 80 VƏ PURA 80 PRO – TEXNOLOGIYANIN ZƏRİFLİYİ
HUAWEI, 2025-ci ildə təqdim etdiyi HUAWEI Pura 80 seriyası ilə istifadəçilərə texnologiya və zərif dizaynı birləşdirən flaqmanlar təqdim edir. HUAWEI Pura 80 və HUAWEI Pura 80 Pro həm gündəlik istifadə, həm oyun, həm də fotoqrafiya üçün ideal seçimdir.
HUAWEI Pura 80, mat şüşə və alüminium çərçivə ilə hazırlanıb. Bu materiallar cihazın həm davamlı, həm də yüngül olmasını təmin edir. HUAWEI Pura 80 Pro isə parlaq arxa paneli ilə diqqət çəkir, lüks görünüş yaradır və cihazın estetik görünüşünü ön plana çıxarır. Hər iki modeldə Kunlun Glass 2 qoruma təbəqəsi var ki, ekran və arxa panel zərbələrə qarşı maksimum müdafiə olunur.
HUAWEI Pura 80 6.6 düymlük LTPO OLED ekran ilə gəlir, 144 Hz yeniləmə tezliyi və HDR10+ dəstəyi ilə rəngləri canlı və dəqiq göstərir. HUAWEI Pura 80 Pro isə 6.8 düymlük ekranı ilə geniş və rahat görüntü sahəsi təqdim edir. Hər iki model yüksək parlaqlıq və kontrast ilə günəş işığı altında belə rahat istifadə imkanı yaradır.

FOTOQRAFİYANIN YENİ İFADƏSİ
HUAWEI Pura 80, 50 MP əsas kamera, 12 MP telefoto və 13 MP ultra geniş bucaq sensorları ilə müxtəlif işıq şəraitində yüksək keyfiyyətli şəkillər çəkir. HUAWEI Pura 80 Pro isə əlavə olaraq 4x optik zoom və 100x rəqəmsal zoom ilə daha da təkmilləşmiş foto imkanları təqdim edir.
HUAWEI Pura 80 Kirin 9010S Pro versiyada isə Kirin 9020 prosessor ilə təchiz olunub, Operativ yaddaş 12GB RAM və daxili yaddaş isə modeldən aslı olaraq 256 GB və 512 GB olub istifadəçilərə geniş imkanlar təqdim edir. 5170 mAh batareya 100W sürətli şarj və 80W simsiz şarj dəstəyi ilə gün boyu fasiləsiz işləmə təmin edilir.
Beləliklə, HUAWEI Pura 80 və HUAWEI Pura 80 Pro, texnologiya və zərifliyi bir araya gətirir. Onlar yüksək performans, parlaq ekran və qabaqcıl kamera xüsusiyyətləri ilə 2025-ci ilin flaqmanları arasında seçilir. İstifadəçilərə həm estetik, həm də funksionallıq baxımdan zəngin təcrübə təqdim edirlər.


APPGALLERY 2025 – AZƏRBAYCANIN GÜNDƏLİK TƏLƏBLƏRİNƏ CAVAB
HUAWEI AppGallery 2025-ci ildə həm dünya, həm də Azərbaycan istifadəçiləri üçün universal platforma halına gəlib. Google tətbiqləri (YouTube, Gmail, Maps), WhatsApp, Facebook artıq birbaşa yüklənir. Yerli bazara uyğun bank proqramları, taksi sifarişi, onlayn alış-veriş tətbiqləri və əyləncə servisləri AppGallery-də geniş yer tutur. İstifadəçilər həm də oyunlar, sosial şəbəkələr və marketpleys platformaları ilə gündəlik ehtiyaclarını rahat şəkildə təmin edirlər. Təhlükəsizlik baxımından tətbiqlər ciddi yoxlamadan keçir, “Quick Apps” isə ani istifadə imkanı yaradır. Bundan əlavə, AppGallery mütəmadi yenilənən məzmunu, istifadəçi dostu interfeysi və yerli auditoriyanın tələblərinə uyğun hazırlanmış təklifləri ilə fərqlənir. Bu gün AppGallery sadəcə mağaza deyil, Azərbaycanın mobil istifadəçiləri üçün tam bir ekosistemdir və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Paylaş