main-post-cover

    Huawei qatlana bilən Mate X2 smartfonunun təqdimat tarixini elan edib

    Cihazlar+
    03.02.2021
    Farid Pardashunas
        Huawei öz ilk qatlana bilən smartfonu olan Mate X-i 2019-cu ildə satışa çıxartmışdı. Sözügedən smartfonun ikinci versiyası barəsində məlumatlar 1 ildən çox idi ki, internetdə ortaya çıxırdı. İndi isə şirkət yeni smartfonun hazır olduğunu rəsmi şəkildə bildirib. Belə ki, Çinin Weibo sosial şəbəkəsindəki Huawei şirkətinin rəsmi səhifəsində Mate X2-nin təqdimat tarixini əks etdirən reklam plakatı paylaşılıb. Həmin plakata əsasən Mate X2-nin təqdimatı 22 fevral tarixində baş tutacaq.
        Əvvəlki məlumat sızıntılarına əsasən Mate X2 smartfonu Samsung BOE şirkətləri tərəfindən istehsal olunan 2 ekran ilə təchiz olunacaq. Əsas ekran 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 8.01 düym olmalıdır. Bununla yanaşı ekranın üzərində cızıqlara davamlı xüsusi qoruyucu material olacaq. İkinci ekran isə 90 Hz-lik təsvir yeniləməsinə sahib 2700x1160 piksel ekyfiyyətli 6.45 düym olmalıdır. Gözləntilərə əsasən Mate X2 həmçinin Kirin 9000 prosessoru və 66 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfonun hansı qiymətə satılacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər