
Huawei qlobal bazar üçün yeni cihazlarının təqdimatlarını anons edib
Cihazlar+
30.04.2024
Farid
Huawei şirkəti qlobal bazarda öz yeni cihazlarının təqdimatlarını anons edib. Şirkətin yeni cihazları qlobal bazarda 7 may tarixində təqdim olunacaqlar. Şirkətin təqdim etmiş olduğu rəsmi məlumata əsasən 7 may tarixində qlobal bazarda Huawei Watch Fit 3 smart saatı, yeni MateBook noutbuku və yeni MatePad planşeti təqdim olunacaq. Şirkətin yeni noutbuku dedikdə çox güman ki, söhbət, Huawei MateBook X Pro 2024 noutbukundan gedir. Sözügedən noutbuk mart ayında Çin bazarında təqdim edilmişdi. Huawei Watch Fit 3 smart saatına gəldikdə isə hələ bir neçə müddət bundan öncə onun render fotoları təqdim edilmişdi. Render fotolara əsasən Huawei Watch Fit 3 smart saatı xarici görünüşcə Apple Watch modellərini xatırladacaq. Bununla yanaşı Huawei Watch Fit 3-ün qlobal bazarda HarmonyOS vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
