main-post-cover

    Huawei qlobal bazar üçün yeni smart saatını təqdim edib

    Cihazlar+
    05.09.2024
    Emil Nəcəfov
         Huawei şirkəti növbəti qlobal tədbirini anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən onun qlobal bazar üçün nəzərdə tutulmuş növbəti təqdimat tədbiri 19 sentyabr tarixində baş tutacaq. Təqdim edilmiş posterdə üstəlik həmin tarixdə təqdim ediləcək məhsullardan biri də əks olunub. Söhbət, smart saatdan gedir. Gözləntilərə əsasən şirkət 19 sentyabr tarixində qlobal bazarda Huawei Watch GT 5 adlı yeni smart saatını təqdim edəcək. Sözügedən smart saat qlobal bazarda iki versiyada satışa çıxmalıdır. Birinci versiya 41 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 46 mm-lik gövdə ölçüsünə sahib olacaq. Bununla yanaşı smart saatın gövdəsinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı güman edilir. Huawei Watch GT 5 barəsində digər bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    3 qat qatlana bilən Huawei Mate XT yeni Kirin prosessoru vasitəsilə çalışacaq
    3-qat-qatlana-bilen-huawei-mate-xt-yeni-kirin-prosessoru-vasitesile-calisacaq
    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun necə adlanacağı rəsmi şəkildə açıqlanıb
    huawei-sirketinin-3-qat-qatlana-bilen-smartfonunun-nece-adlanacagi-resmi-sekilde-aciqlanib
    Huawei 3 qat qatlana bilən smartfonunun təqdimatının anons edib
    huawei-3-qat-qatlana-bilen-smartfonunun-teqdimatinin-anons-edib
    Huawei Mate 70 Pro-nun arxa panel dizaynı sərgilənib
    huawei-mate-70-pro-nun-arxa-panel-dizayni-sergilenib
    Huawei Çinin smartfon bazarında Apple şirkətinin bazar payını azaltmağa davam edir
    huawei-cinin-smartfon-bazarinda-apple-sirketinin-bazar-payini-azaltmaga-davam-edir