Huawei qlobal smartfon bazarına geri qayıtmağa hazırlaşır

Huawei qlobal smartfon bazarına geri qayıtmağa hazırlaşır

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

 

    Görünür, Huawei Mate 60 smartfonlarında Kirin 9000s prosessorunun istifadəsi qarşıdan gələn böyük dəyişikliklərin xəbərçisidir. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti qlobal smartfon bazarına geri qayıtmağa hazırlaşır. Qeyd etmək lazımdır ki, hal hazırda şirkətin qlobal bazarda satılan smartfonları mövcuddur. Onlar hətta Avropada da satılır. Lakin smartfonlar heç də bütün ölkələrdə satılmır və üstəlik satışda olan modellər 5G dəstəyinə sahib deyillər. Bundan əlavə olaraq şirkətin heç də bütün smartfonları Çin bazarından kənarda satılmır.


    “Məlumata əsasən Huawei qlobal smartfon bazarına geri dönüş planını işə salıb. Ola bilsin ki, yaxın zamanda siz öz ölkənizdə yeni Huawei smartfonunu əldə edə biləcəksiniz. Mən bilirəm ki, çoxunuz bu anı gözləyirsiniz. Hal hazırki qlobal smartfon bazarı Samsung Apple tərəfindən idarə olunur və o, innovasiyalara ehtiyac duyur. Huawei şirkətinin bu bazara geri dönüşü sözügedən qanunauyğunluğu aradan qaldırmağa hədəflənib” - deyə insayder qeyd edib. Zamanında Huawei artıq sübut edib ki, o, smartfon bazarında minimum ikinci, potensial olaraq isə birinci yeri tuta bilər. Lakin illər əvvəl ABŞ hökumətinin bu şirkətə qarşı tətbiq etmiş olduğu sanksiyalar şirkətin smartfon bazarındakı mövqelərini bir xeyli zəiflətdi. Şirkətin öz əvvəlki uğurunu təkrarlaya bilib-bilməyəcəyini yalnız zaman göstərəcək.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×