Huawei şirkəti 2 ekrana sahib yeni smartfonun patentini alıb

Huawei şirkəti 2 ekrana sahib yeni smartfonun patentini alıb

Mobil Cihazlar
18.06.2020 PAYLAŞIM

    Huawei şirkəti artıq Mate X adlı qatlana bilən smartfon modelinə sahibdir. Lakin şirkətin son patent sorğusuna əsasən o, Mate X-in sahib olduğu dizayn özəlliyi ilə yetinmək niyyətində deyil. Belə ki, insayderlər şirkətin hələ təqdim olunmamış smartfon modelinin patent fotolarını təqdim ediblər. Patent fotolardan da görmək olar ki, smartfon ənənəvi dizaynda reallaşdırılıb. Lakin onun əsas özəlliyi ondan ibarətdir ki, o, 2 ekrana sahibdir. Bu barədə Gizchina saytı xəbər verib.


    Adı bilinməyən smartfonun arxa panelində kvadrat formasında olan köməkçi ekran yerləşdirilib. Çox güman ki, həmin ekran daxil olan zənglərin, hava proqnozu məlumatlarının, bildirişlərin baxılması və Always on Display rejimində digər məlumatların əks olunması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq istifadəçi köməkçi ekrandan selfie kamera qismində də istifadə edə bilər.

    Smartfonun arxa kamera sensorlarının ölçülərindən belə qənaətə gəlmək olar ki, onların arasında geniş zoom imkanlarına sahib periskop kamera olacaq. Smartfon gövdəsinin aşağı hissəsində USB Type-C girişi və 3.5 mm-lik audiogiriş yerləşir. Yandırıb/söndürmə ilə səsin tənzimlənməsi düymələri smartfonun sağ tərəfində yerləşirlər. Həmin hissədə həmçinin əlavə köməkçi düymə var. Çox güman ki, həmin düymə səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub. Bu smartfonun texniki göstəriciləri və mümkün satış tarixi barəsində heç bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×