Huawei şirkəti də öz yeni smartfonlarının qutularını şarj cihazından məhrum edə bilər

Huawei şirkəti də öz yeni smartfonlarının qutularını şarj cihazından məhrum edə bilər

Mobil Cihazlar
17.12.2020 PAYLAŞIM

    Samsung-un yeni flaqman smartfonlarının qutularında şarj cihazının olmayacağı barəsində məlumatların yayılmasından sonra insayderlər Huawei şirkətinin öz smartfonları ilə bağlı yeni siyasəti haqqında məlumat veriblər. Bunun əsas səbəbi isə şirkətin öz istifadəçiləri arasında aparmış olduğu sorğudadır. Bu barədə 4pda saytı xəbər verib. Hələ iPhone 12 seriyasının təqdimatından öncə internetdə məlumat yayılmışdı ki, yeni iPhone modellərinin qutularında şarj cihazı olmayacaq. Təqdimat zamanı bu məlumat təsdiqləndi və yeni iPhone 12 modellərinin qutularında həqiqətən də şarj cihazı mövcud deyil.


    Apple şirkətinin bu cür qərarı bir çox istehsalçılar tərəfindən gülüş mənbəyinə çevrildi. Lakin bir sıra məlumatlara əsasən həmin istehsalçıların özləri də Apple şirkətinin yeni strategiyası üzrə gedəcəklər. Huawei şirkəti öz istifadəçiləri arasında sorğu keçirdib. Sorğu çərçivəsində şirkət öz istifadəçilərinə sual verib ki, onlar naqilsiz şarj komplektində USB Type-C naqilinə ehtiyac duyurlar yoxsa yox və həmin naqilin olmayacağına onlar necə reaksiya verərlər. Bu sorğu yalnız USB Type-C naqilini əhatə edib. Lakin insayderlər xəbər veriblər ki, Huawei bu məsələni şarj cihazı kimi digər aksesuarlara da aid edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..


Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha ..

Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı ..


Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim e..


LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb..

LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyi..


LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətiri..

Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi...

×