Logo
    main-post-cover

    Huawei şirkəti Pura 80 Ultra smartfonu ilə mobil çəkilişdə nömrə 1 olmağa hədəflənib

    Cihazlar+
    23.01.2025
    Emil
         Huawei keçən ilin birinci yarısında Pura 70 smartfonlarını təqdim etmişdi. Onlardan biri də Huawei Pura 70 Ultra idi. Bu ilin birinci yarısında isə Huawei Pura 80 smartfonlarının təqdim ediləcəyi və onlardan birinin Pura 80 Ultra olacağı gözlənilir. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət Huawei Pura 80 Ultra üçün xüsusi kameralar hazırlayır və həmin kameralar xüsusi proqram təminatını özlərində birləşdirəcəklər.
         İnsayderlər bildiriblər ki, Huawei bu smartfonla mobil çəkiliş keyfiyyəti mövzusunda nömrə 1 olmağa hədəflənib. Məlumatda qeyd edilib ki, Huawei Pura 80 Ultra-nın işlək prototipi artıq hazırdır və o özündə üçlü arxa kameranı birləşdirir. İnsayderlər əlavə ediblər ki, smartfon yeni Kirin prosessoru vasitəsilə çalışacaq və müxtəlif çalışma ssenariləri üçün nəzərdə tutulmuş müxtəlif süni zəka funksiyalarına sahib olacaq. Qeyd etmək lazımdır ki, Huawei Pura 80 smartfon seriyasının təqdimatını aprel ayı üçün gözləmək olar.
    Paylaş
    Bənzər xəbərlər
    abs-sanksiyalarindan-sonra-huawei-ilk-defe-cin-smartfon-bazarinda-liderliyini-geri-qaytarib
    Tech-Biznes

    ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb

    Counterpoint Research şirkəti dünyanın əsas smartfon bazarlarından biri olan Çin bazarının 2024-cü ilin yekunu üzrə statistikasını təqdim edib.
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-davamcisi-hazirlanir
    Cihazlar+

    3 qat qatlana bilən Huawei Mate XT Ultimate Design-ın davamçısı hazırlanır

    Huawei keçən ilin sentyabr ayında Huawei Mate XT Ultimate Design adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət sözügedən smartfonun davamçısı üzərində artıq aktiv şəkildə çalışır.
    orta-budceli-huawei-nova-13i-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Huawei nova 13i smartfonu təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti keçən ilin oktyabr ayında nova 13 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya iki model daxil olmuşdu. Huawei nova 13 və nova 13 Pro. İndi isə Huawei şirkəti sözügedən smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət Huawei nova 13i-dan gedir.
    huawei-enjoy-70x-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Huawei Enjoy 70X smartfonu təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət Huawei Enjoy 70X-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Kirin prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    teqdimata-hazirlasan-huawei-enjoy-70x-in-fotolari-ortaya-cixib
    Cihazlar+

    Təqdimata hazırlaşan Huawei Enjoy 70X-in fotoları ortaya çıxıb

    Bir neçə gün bundan öncə məlum oldu ki, Huawei şirkəti Huawei Enjoy 70X adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun ilk fotoları ortaya çıxıb.