Logo
    main-post-cover

    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu görülüb

    Cihazlar+
    09.08.2024
    Emil
         Son məlumat sızıntılarına əsasən Huawei şirkəti 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə bu smartfon şirkətin sədri Richard Yu-nun əlində görülüb. Bu isə smartfonun həqiqətən də mövcud olduğu faktını təsdiqləyib. Şirkətin 3 qat qatlana bilən smartfonun fotoları Richard Yu-nun ondan təyyarədə istifadəsi zamanı çəkilib. Çəkilmiş fotolardan birində görmək olar ki, smartfonun ekranı üzərində iki ədəd qatlanma zolağı var. Bu isə smartfona iki yerdən qatlanma imkanını verir. Çox güman ki, Huawei şirkətinin bu qeyri-adi yeni qatlana bilən smartfonu 10 düym ölçülü ekran ilə təchiz olunacaq. Bununla yanaşı gözləntilərə əsasən bu smartfon kompüterlər üçün nəzərdə tutulmuş tətbiqləri də dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, şirkətin 3 qat qatlana bilən smartfonu nəticə etibarilə eksklüziv olaraq yalnız Çin bazarı üçün nəzərdə tutulmuş ola bilər.
    Paylaş