Logo
    main-post-cover

    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu olduqca baha qiymətə satıla bilər

    Cihazlar+
    14.08.2024
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Huawei şirkəti 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. Hətta bir neçə müddət bundan öncə sözügedən smartfon şirkətin top menecerlərindən biri olan Richard Yu-nun əlində də görüldü. İndi isə insayderlər bildiriblər ki, Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunu əldə etmək istəyəcək istifadəçilər indidən onun yüksək qiymətinə özlərini hazırlamalıdırlar.
       Onların sözlərinə əsasən sözügedən smartfonun test versiyasının dəyəri təqribi olaraq 4890$ təşkil edir. Gözləntilərə əsasən smartfonun final versiyası satışa çıxan zaman onun qiyməti bir qədər aşağı olacaq. Söhbət, 4050$ satış qiymətindən gedir. Bu cür satış qiyməti smartfonun məhdud sayda satışa çıxma ehtimalı ilə bağlı ola bilər. Lakin bu barədə konkret bir məlumat yoxdur. Huawei şirkətinin 3 qat qatlana bilən smartfonun hansı ad altında satılacağı və onun nə zaman təqdim olunacağı hələ bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu olduqca baha qiymətə satıla bilər | Technote